Neft emalı zavodunda partlayışda bir nəfər ölüb

Hadisə yeri

Bosniya Herseqovinanın şimalında Rusiyaya məxsus neft emalı zavodunda güclü partlayış olub, bir fəhlə ölüb, doqquz nəfər yaralanıb.

Daha öncəki xəbərlərdə oktyabrın 9-da baş vermiş partlayışda 8 nəfərin xəsarət aldığı bildirilirdi.

İnsident Xorvatiya ilə sərhəddəki Bosanski Brodda baş verib.

Partlayış yerli vaxtla axşam saat 9:30-da olub, yanğın bu gün səhər söndürülüb.

Rəsmilər partlayışın səbəbinin araşdırıldığını bildirir.

Zavod yaxınlığındakı evlərdən bəzilərinin pəncərələri sınıb.

Partlayışın səsinin Xorvatiya tərəfdə eşidildiyi xəbər verilir. Yerli media qara tüstü və iyin Xorvatiyaya doğru irəlilədiyini yazır.

Brod zavodunda ildə 1,2 milyon tonadək neft emal olunur.