Dağlıq ərazilərdə yağış gözlənir

Yağış

Oktyabrın 10-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənir. Cənub-şərq küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 15-17, gündüz 19-23, Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti proqnozlaşdırılır.

Oktyabrın 10-da Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə 11-16, gündüz 20-25, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti təxmin edilir.