Turistlərin qaldığı evdə yanğın olub

Yanğın

Bu gün, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunda Suriyadan olan turistlərin qaldığı evdə yanğın baş verib. Yanğın zamanı 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Bunu «Turan» agentliyinə Qəbələ Rayon İcra Hakimiyyətindən bildiriblər.

Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 3 nəfərin vəziyyətinin ağır olduğu deyilir.

Bu məlumatı Səhiyyə Nazirliyindən də təsdiq ediblər. Oradan qeyd ediblər ki, xəsarət alanlardan biri biryaşlı körpədir.

Nazirlikdən deyiblər ki, ehtiyac olarsa, yanıq xəsarəti alanlar Bakıya gətiriləcək.