Oktyabrın 1-də yol-nəqliyyat qəzasında xəsarət alanlardan 12 nəfərin müalicəsi davam edir.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər.
Nazirlikdən verilən məlumata görə, 1 Saylı Klinik Xəstəxanada iki nəfərin müalicəsi gedir, onlardan biri reanimasiyadadır, səhhəti yaxşılaşmaq üzrədir.
Nazirlikdən bildirilib ki, daha 10 nəfər isə Sabunçu Rayon 3 Saylı Xəstəxanada müalicə alır: «Onlardan birini yaxınları başqa xəstəxanaya aparıblar, daha bir nəfərin isə bu gün xəstəxanadan buraxılması gözlənir».
Xatırlatma
Oktyabrın 1-də Bakı şəhəri Xəzər rayon Binə qəsəbəsinə işləyən 160 saylı sərnişin avtobusu qatarla toqquşub. İki nəfər vəfat edib, 40-dan çox adam müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə ilə bağlı avtobusun sürücüsü və dispetçer həbs olunub.