Beyləqanın icra başçısı dəyişir

İ.Əliyev

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tutduğu vəzifədən azad edilib.

Azərbaycan prezidenti İlham Əliyev bu gün, oktyabrın 5-də bununla bağlı sərəncam imzalayıb.

Bunun səbəbləri barədə sənəddə məlumat verilmir. Onun yerinə təyinat, hələlik, olmayıb.