Ermənistan amnistiya layihəsini müzakirə edir

N.Paşinyan

Ermənistan hökuməti amnistiya haqda qanun layihəsini nəzərdən keçirir. Baş nazir Nikol Paşinyanın sözlərinə görə, məsələ qapalı şəkildə müzakirə edilib.

«Biz bu qanun layihəsinin qapalı rejimdə müzakirə edirik. Reqlamentə görə, parlamentdə də qapalı rejimdə müzakirə aparılacaq. Ona görə də hökumətin onu açıq müzakirə etməsi məntiqli olmazdı», - baş nazir izah edib.