Məmmədyarov erməni nazirlə yenidən görüşəcək

Nazirlərin Nyu-York görüşü. 26 sentyabr 2018

Bu ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın görüşəcəkləri ehtimal edilir.

Oktyabrın 2-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan mətbuat konfransında belə deyib.

Nazirlərin son görüşü bu il sentyabrın 27-də ABŞ-da baş tutmuşdu.