Kataloniyalılar yolları bağlayırlar

Sizin brauzer HTML5-i dəstəkləmir

Kataloniyada polislə toqquşmalarda onlarla yaralı var (Video arxiv - 2017)

Kataloniya müstəqilliyinin tərəfdarları oktyabrın 1-də etiraz aksiyaları keçirirlər. Bu gün sözügedən bölgənin İspaniyadan ayrılması məqsədilə keçirilmiş referendumdan bir il ötür. Yüzlərlə fəal avtomagistralları, dəmiryolunu və küçələri, o cümlədən Kataloniyadan Fransaya aparan başlıca nəqliyyat yolunu bağlayıblar. Nümayişçilər Barselonada mərkəzi küçələri də tutublar.

Sentyabrın 29-da bu şəhərdə Kataloniyanın müstəqilliyinin lehinə keçirilən mitinq zamanı polislə qarşıdurma baş vermiş, 24 nəfərə zərər dəymiş, 6 nəfər saxlanılmışdı.

2017-ci il oktyabrın 1-də keçirilən referendumda iştirak edənlərin 90 faizindən çoxu bölgənin İspaniyadan ayrılmasının lehinə səs verib. İspan hökuməti bunu qanunsuz sayaraq Kataloniya parlamentini buraxmışdı. Hərbiləşmiş qurumların müdaxiləsi nəticəsində yüzlərlə insan xəsarət almışdı.

Kataloniya hökuməti oktyabrın 27-də müstəqilliyini elan etdikdən sonra Madrid onu da buraxıb və separatçı layihənin aparıcı təşkilatçılarının təqibinə başlamışdı. Onların bəzisi həbs edilib, bəziləri ölkədən qaça bilib, qaçanlar arasında Kataloniya hökumətinin başçısı Karles Puçdemon da var. İndi o, Almaniyada gizlənir. Alman hökuməti onu əvvəlcə həbs etsə də, sonra azadlığa buraxıb və İspaniya hakimiyyətinə təhvil verməkdən imtina edib.