Oktyabrın 1-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı ehtimal edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 17-20, gündüz 24-28, Bakıda gecə 19-20, gündüz 25-27 dərəcə isti proqnozlaşdırılır.
Oktyabrın 1-də Azərbaycanın rayonlarında da havanın yağmursuz keçəcyi, lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.
Gecə 15-20, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti təxmin edilir.