Rusiya və Qırğızıstandan 2 minədək hərbçi Qırğızıstanın şərqində antiterror təlimlərinə hazırlaşır.
Sabah – sentyabrın 26-da start götürəcək təlimlərə 400-dək hərbi texnika da qatılacaq. Rusiyanın Müdafiə Nazirliyi onların sırasında Rusiyadan 30 havadan müdafiə, o cümlədən Iskander-M ballistik raket sistemlərinin olacağını bildirir.
Bu təlimlər MDB ölkələrinin İssık-Kul antiterror 2018 məşqləri çərçivəsində baş tutur.
Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, ölkənin xüsusi qüvvələri bu gün – sentyabrın 25-də İssık-Kul beynəlxalq aeroportunda terror hücumunun necə dəf olunmasını məşq ediblər.