Trump Nyu Yorka gedib

Donald Trump

ABŞ Prezidenti Donald Trump BMT Baş Assambleyasının illik toplantısında iştirak etmək üçün Nyu Yorka gedib.

O, sentyabrın 23-də axşam Yaponiyanın baş naziri Shinzo Abe ilə ticarət və müdafiə məsələlərini müzakirə etməliydi.

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley sentyabrın 20-də deyib ki, Trump BMT-də İrandan, Skripalların İngiltərədə zəhərlənməsindən, kimyəvi silahlardan və Şimali Koreyadan danışacaq.

Trump sentyabrın 25-də Baş Assambleyanın açılış mərasimində çıxış edəcək, bir gün sonra Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək.

Onun sentyabrın 24-də qlobal narkotik ticarəti üzrə çıxış edəcəyi gözlənir.

ABŞ prezidenti fransalı həmkarı Emmanuel Macron, Britaniyanın baş naziri Theresa May və cənubi koreyalı həmkarı Moon Jae-in-lə ikitərəfli görüşlər keçirəcək.