Bakıda yağış, rayonlarda dolu gözlənir

Bakıda yağış

Sentyabrın 24-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-şərq küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 17-19, gündüz 23-25 dərəcə isti ola bilər.

Azərbaycanın rayonlarında da sentyabrın 24-ü gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var.

Gecə 12-19, gündüz 23-31, dağlarda gecə 8-13 , gündüz 10-20 dərəcə ist təxmin edilir .