Pakistanın keçmiş başnaziri Nawaz Sharif, onun qızı və kürəkəni məhkəmə onların korrupsiya ittihamı ilə məhkumluqlarını ləğv etdikdən sonra həbsxanadan azad olunublar.
Sharif, Maryam Nawaz və Mohammad Safdar sentyabrın 19-da axşam saatlarında Ravalpindi hərbi şəhərindəki Adiala həbsxanasından azad edildikdən sonra hava limanına yollanıblar.
Telekanalların yayınladığı reportajlarda Sharif tərəfdarlarının onun maşınına qızıl gül ləcəklələrini ələdiyi görünür.
***
Pakistan məhkəməsi keçmiş baş nazir Nawaz Sharif, onun qızı və kürəkəninə qarşı həbs cəzalarına dair məhkəmə hökmlərini ləğv edib.
İslamabad Ali Məhkəməsi sentyabrın 19-da Sharif, Maryam Nawaz və Mohammad Safdar-ın azadlığa buraxılması qərarını çıxarıb.
Onlar korrupsiya ittihamlarıyla məhkum edilmişdilər.
Keçmiş baş nazir və qızı iyulda uyğun olaraq 10 və yeddi illik həbsə məhkum edilmişdilər. Səbəb onların 1990-cı illərdə Londonda dəbdəbəli mənzillər alması idi.
Safdara 1 il həbs kəsilmişdi.
Sharif 3 dəfə baş nazir seçilib.