Prezident Masallıda

Ələt-Astara-İran yolu

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov layihə barədə prezidentə məlumat verib. O bildirib ki, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Onun deməsinə görə, hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.

Layihənin neçəyə başa gəldiyi açıqlanmır.

İ.Əliyev Masallıya gedib

Azərbaycan prezidenti İ.Əliyev sentyabrın 18-də daha sonra Masallı rayonuna səfər edib.

Dövlət başçısı Masallı Sənaye Məhəlləsinin açılışına qatılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev Sənaye Məhəlləsində görülən işlər barədə dövlət başçısına məlumat verib.

Prezident Masallıdan Biləsuvara gedib

Prezident İ.Əliyev «Masallı - Nemətləri» MMC-nin çəltik emalı müəssisəsinin açılışında da iştirak edib.

Müəssisənin direktoru Ağamirzə Kərimov dövlət başçısına orada yaradılan şərait barədə məlumat verib. O deyib ki, yeni yaradılmış müəssisəsinin ümumi ərazisi 1 hektar, tikinti sahəsi isə 600 kvadratmetrdir. Müəssisənin inşasına 2017-ci ilin noyabrında başlanılıb. 2018-ci ilin sentyabrında inşaat işləri tam başa çatdırılıb. Bu istehsalat sahəsinin aylıq emal gücü 300 ton, düyü qurutma gücü isə 900 tondur.

İ.Əliyev sentyabrın 18-də Masallı rayonundan sonra da Biləsuvar rayonuna səfər edib.