İsveçrənin Rusiyadan tələbi

İsveçrə dağları

İsveçrə ilə Rusiya arasında diplomatik söz müharibəsi dərinləşib. İsveçrə Moskvadan tələb edir ki, Moskva onun ərazisində casusluq fəaliyyətini dayandırsın. Son günlər Rusiyaya bağlı iki şübhəli casus işi üzə çıxıb.

İsveçrənin Xarici İşlər Departamenti Rusiyanı İsveçrə torpağında, yaxud İsveçrə hədəflərinə yönəlik qanunsuz fəaliyyəti dərhal dayandırmağa çağırıb.

İsveçrə nazirliyi Moskvanın Berndəki səfiri Sergei Garmonin-in çağrıldığını, Rusiyanın bu ölkə ərazisindəki fəaliyyətinə etiraz bildirildiyini vurğulayıb.

Sentyabrın 16-da yayılmış bəyanatdan bir gün öncə qəzetlər yazıb ki, rusiyalı casuslar Spiezdə laboratoriyanı hədəfə alıblar. Həmin laboratoriyada sınaqdan çıxarılan Noviçok sinir qazından İngiltərədə rusiyalı casus Sergei Skripal və qızının zəhərlənməsində istifadə olunub. Bu məkanda daha bir sınaq obyekti Rusiyanın müttəfiqi Suriya hökumətinin istifadə etdiyi iddia olunan silahlardır.

Bu il artıq üçüncü dəfədir ki, nazirlik Rusiya səfirini çağırır, İsveçrədə təşkilatlara şübhəli hücumlara görə xəbərdarlığını bildirir.