Bakıda külək əsəcək, bölgələrdə yağış yağacaq

Foto arxiv

Sentyabrın 16-na Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-22, gündüz 28-32 isti, Bakıda gecə 20-23, gündüz 30-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 29-34 isti, dağlarda gecə 10-15, gündüz 19-24 isti olacaq.