Türkiyə Respublikasının Prezidenti Receb Tayyip Erdogan sentyabrın 15-də Azərbaycana rəsmi səfərə gəlib.
Onun Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı Azadlıq Meydanında keçiriləcək paradda iştirak edəcəyi gözlənir.
Bu gün, sentyabrın 15-də Bakının işğalçı erməni-bolşevik birləşmələrindən qurtuluşunun 100 illiyi tamam olur.
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun əsgərləri şəhəri işğaldan azad etdilər.
Bundan iki gün sonra isə Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.