Florence Karolina sahillərinə çatıb

Florence qasırğasıının peyk görüntüsü

Güclü Florence qasırğası Birləşmiş Ştatlarda Karolina sahillərinə çatıb, dəniz suyu sahil şəhərlərində küçələrə dolub, azı 80 min nəfərin elektriki kəsilib.

Sentyabrın 13-də yayılmış hava xəbərlərində bir gün sonra Şimali Karolina- Cənubi Karolina sərhədi boyunca durumun daha da pisləşəcəyi bildirilib.

Küləyin sürəti rekord səviyyədə – saatda 155 kilometr olub.

Əslində, qasırğanın səngidiyi görünür, quruya yaxınlaşmazdan öncə saatda 225 kim sürətlə əsirdi.

Florence artıq 4-cü kateqoriyadan çıxarılıb, 2-ci kateqoriyaya salınıb. Rəsmilərsə sakinləri arxayınlaşmamağa çağırıb.

Prezident Donald Trump tvitində yazıb ki, fövqəladə xidmət əməkdaşları və təcili yardım “təchiz olunublar, hazırdırlar”.

Karolinanın sahil şəhərlərində yaşayanlar köçürülüb, məktəblərin çoxu, şirkətlər qapadılıb.

1500-dən çox hava reysi təxirə salınıb.