Azərbaycan Skautlar Assosiasiyası və Türkiyə İzcilik Federasiyasının təşkilatçılığı ilə «Qafqaz İslam Ordusunun zəfər yolu ilə» adlı anım yürüşü keçirilir.
AZƏRTAC-ın məlumatına görə, tədbiri Azərbaycan Gənclər və İdman Nazirliyi dəstəkləyir.
Yürüş sentyabrın 9-da Gəncə şəhərindən başlayıb. Proqrama əsasən, iştirakçılar sentyabrın 15-də Bakıya çatacaqlar.
Aksiya iştirakçılarının təqribən 80 nəfər olduqları bildirilir.
Xatırlatma
1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak işğalından azad edib.
Bundan sonra Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti Gəncədən Bakıya köçüb. 2 il ömür sürən AXC Rusiyanın işğalı nəticəsində süqut edib. Azərbaycan birdə müstəqilliyini 1991-ci ildə bərpa edib. Bu il Azərbaycanda AXC-nin yaradılmasının 100 illiyi qeyd edilir.