Qasırğa zonasını tərk edirlər

ABŞ-da qasırğa, arxiv fotosu

Birləşmiş Ştatların cənub-şərq hissəsində gözlənən qasırğa səbəbindən buranı yüz minlərlə adam tərk etməkdədir. Sakinlərə evlərindən çıxmaq göstərişi verilib.

Sinoptiklər sentyabrın 1-də Şimali və Cənubi Karolinanın bəzi hissələri üçün qasırğa xəbərdarlığı edib. Florence qasırğasını sentyabrın 13-də axşama gözləyirlər.

4-cü kateqoriyaya aid edilən bu qasırğa on illərdir regionda qeydə alınmayıb.

“Bu tufan bədheybətdir, böyükdür. Həddən artıq təhlükəlidir, tarixi qasırğadır”, – Şimali Karolinanın qubernatoru Roy Cooper deyib.

Ərazidə leysan yağışlar da gözlənir. Dünən axşam Florens saatda 225 kilometr sürətlə əsib.

“Bu məni həqiqətən də qorxudur”, – Milli Qasırğa Mərkəzinin direktoru Ken Graham deyib.