Bu ayın əvvəlində Liviya sahillərində iki qayıq batıb, azı 20 uşaq daxil olmaqla 100-dən çox miqrant həlak olub. Məlumatı Sərhədsiz Həkimlər (MSF) təşkilatı qəzadan sağ çıxanlara istinadla yayıb.
Qurum bildirir ki, sentyabrın 2-də Liviya rəsmiləri cəmi 276 nəfəri ölkəyə qaytarıb. Onların içində qəzadan sağ çıxanlar da olub.
MSF-in sentyabrın 10-da bildirməsinə görə, hazırda bu qrup “qanunsuz saxlanır”.
Qəzadan çıxanları müalicə edən MSF onların içində hamilə qadınların, uşaqların, körpələrin olduğunu deyir.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il Aralıq dənizini keçməyə cəhd edən 1500-dən çox miqrant həlak olub.