Bakını yenə toz bürüyə bilər

Bakı

 Bu gün, sentyabrın 9-u gecə saatlarından etibarən Bakı və Abşeron     yarımadasında havada zəif toz dumanı proqnozlaşdırılır. 
 Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirilir ki,  bu məlumat  Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından əldə edilib.

“ Buna səbəb şimal-qərb küləyinin şimal-şərq küləyi ilə əvəz olunması nəticəsində Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır. Belə tozlu hava şəraitinin qısa müddət ərzində davam edəcəyi gözlənilir”, məlumatda vurğulanır.
Son həftələr eyni səbəbdən  bir neçə dəfə Bakı və Abşeron havasında toz dumanının yarandığı açıqlanıb. Hətta avqustun 30-da Bakıda havada tozun miqdarının  normadan 6 dəfə çox olduğu bildirilmişdi.