Ukraynanın şərqində rusiyapərəst separatçıların yaratdığı Donetsk Xalq Respublikası adlı qondar qurumun “xalq şurası”nın sədri Denis Pushilin qurumun fəaliyyətdə olan sədri seçilib.
Rusiya mediasının sentyabrın 7-də yazmasına görə, 37 yaşlı Pushilin Donetskin separatçı lideri Aleksandr Zakharchenko-nun yerinə seçilib. Zakharchenko avqustun 31-də şəhərdə kafedə partlayışda öldürülüb.
Pushilin-in 2014-cü ilin iyununda iki sui-qəsd cəhdindən salamat çıxdığı bildirilir.
Donetskdəki separatçılar noyabrın 11-nə seçki təyin ediliblər, qondarma respublikaya başçı seçəcəklər.
Rusiya Ukraynanın şərqindəki münaqişədə iştirakını danır, amma Moskva burada separatçılara hərbi, iqtisadi və siyasi dəstək verir.
2014-cü ilin aprelində başlanan münaqişədə 10 min 300-dən çox ölən olub.