Sentyabrın 7-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 18-23, gündüz 28-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti proqnozlaşdırılır.
Sentyabrın 7-də Azərbaycanın rayonlarında da havanın yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.