Bakıda tutulub Rusiyaya verildi

Həbs

Sentyabrın 1-də Bakıda saxlanan Dağıstan əsilli Rüstəm Əmirov dünən, sentyabrın 4-də Rusiyaya deportasiya edilib.

Bunu «Turan» agentliyinə onun qardaşı Nəsirxan Əmirov bildirib.

Qardaşı R.Əmirovun hansı yolla deportasiya edilməsi barədə xəbərsiz olduqlarını söyləyib. Onun sözlərinə görə, R.Əmirov sentyabrın 1-nə keçən gecə Türkiyəyə gedərkən Bakı aeroportunda saxlanıb.

Verilən məlumata görə, R.Əmirov Rusiyanı 2016-cı ildə tərk edib.

«Bir müddət Azərbaycanda yaşayıb, sonra Ukraynaya gedib. Üç ay sonra işgüzar maraqlarla bağlı Azərbaycana gəlib», - deyə qardaşı bildirir.

Yaxınlarının deməsinə görə, Rusiyada R.Əmirovu hansısa terror təşkilatında iştirakda ittiham edirlər.

Onların vurğulamasına görə, R.Əmirov Dağıstanın yeni hakimiyyətinin kənarlaşdırdığı keçmiş administrasiya ilə bağlı təqib olunur.

Azərbaycan və Rusiyanın rəsmi qurumlardan bu deyilənlərə münasibət almaq mümkün olmayıb.