ATƏT-in baş katibi Azərbaycana gəlir

T.Qreminger

ATƏT-in baş katibi Tomas Qreminger Azərbaycana səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev «Turan» agentliyinə bildirib ki, səfər sentyabrın 11-də başlayacaq.

T.Qreminger səfər çərçivəsində müxtəlif görüşlər, o cümlədən Azərbaycan XİN-də görüş keçirməlidir.

«Görüşlərdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq», - H.Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunacağı da istisna deyil.

T.Qreminger Azərbaycana Qafqaz turnesi çərçivəsində gəlməlidir. O, Azərbaycandan öncə Ermənistanda işgüzar səfərdə olmalıdır.