Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 1782.1 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (MB) statistik göstəricilərində belə yazılır.
Bu, 2018-ci ilin iyul ayı ilə müqayisədə 2.1 faiz artım deməkdir.
İlin əvvəlindən bu yana problemli kreditlər 9.55 faiz artıb. Amma ötən il avqustun 1-nə nisbətən isə 1.7 faiz azalıb.
MB bildirir ki, iyulun sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14.6 faiz təşkil edib.
Azərbaycanda problemli kreditlər mövzusu 2015-ci ildə baş verən devalvasiyalardan sonra aktuallaşıb. Həmin devalvasiyalar nəticəsində manat dollar qarşısında iki dəfə dəyər itirib.