Rusiya mediası avqustun 30-da belçikalı biznesmenin Moskvanın mərkəzində ölü tapıldığını yazır. Onun mənzilindən yıxılıb öldüyü güman edilir.
Bruno Charles De Cooman-ın ölüm şəraiti araşdırılır. Polisdəki mənbə bu ölümün cinayət kimi nəzərdən keçirilmədiyini bildirib.
De Cooman Novolipetsk Steel (NLMK) şirkətinin tədqiqat və inkişaf üzrə vitse-prezidenti idi.
Tass xəbər agentliyi biznesmeninin Kremlin yaxınlığında 12 mərtəbəli yaşayış binasındakı mənzilindən yıxıldığını yazır. Mənbə onun pəncərədən yıxılması versiyasını irəli sürüb.
NLMK ölüm halını təsdiqləyib, amma “şərait aydınlaşmayanadək faciənin detalları barədə şərh verməyəcəyini” bildirib.
NLMK-nin sahibi Forbes jurnalının Rusiyanın ən varlı oliqarxları siyahısına saldığı Vladimir Lisin-dir.