Yağıntı gözlənilmir

Günəş

Avqustun 29-da Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənir. Mülayim cənub-şərq küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 21-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənilmir. Bəzi dağlıq ərazilərdə duman olacağı ehtimalı var. Gecə 19-24, gündüz 33-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təxmin edilir.