Qitənin futbol qurumu UEFA klub əmsalları üzrə ölkələrin reytinqini açıqlayıb.
18.250 xala malik Azərbaycan 1 pillə geriləyərək, 26-cı mövqedə qərarlaşıb.
Avropa Liqasının pley-off mərhələsində mübarizə aparan «Qarabağ»ın Moldovada «Şerif» klubuna 1:0 hesabı ilə uduzması ölkənin mövqeyinə də mənfi təsir edib.
Siyahıya İspaniya yığması başçılıq edir. İkinci yeri İngiltərə, üçüncü yeri isə İtaliya yığması tutur.