19 nəfərlik heyəti əsasən gürcülərdən olan neft tanker qərbi Afrikada yoxa çıxıb. Bu ərazidə piratlar çoxdur.
Gəminin menecerləri bir həftədir ondan xəbər tutmadıqlarını deyirlər.
Rəsmilərin avqustun 23-də bildirməsinə görə, Panamada qeydiyyatdan keçmiş Pantelena gəmisilə kommunikasiya avqustun 14-də kəsilib. O zaman gəmi Gabonda imiş.
Gəminin sahibi Yunanıstanın Lotus Shipping şirkətidir.
Gürcüstan hökuməti gəmidə 17 gürcünün, iki rusiyalının olduğunu bildirib.
Dünyada piratçılığın səviyyəsi azalsa da, son vaxtlar Qvineya Körfəzində artıb, gəmi müsadirəsi, heyətin oğurlanması, oğurluqla bağlı 100-dən çox insident baş verib.