Putin Soçidə Lukashenka ilə görüşüb

Vladimir Putin (sağda) və Alexander Lukashenko, 22 avqust, 2018-ci il

Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Alyaksandr Lukashenka ilə Soçidə görüşüb. Məlumatı Kreml yayıb.

Avqustun 22-də keçirilən görüşdə Lukashenka ikitərəfli münasibətlərdə “müxtəlif problemlər” yığıldığını qeyd edib.

Rusiyanın Interfax agentliyi Lukashenka-ya istinadla yazır: “Bəzi problemləri həll etməliyik. Ancaq heç kəs bu problemləri bizsiz həll etməyəcək”.

Avqustun 10-da Belarus lideri Moskvanı sərt tənqid etmişdi, “Avrasiya İqtisadi Birliyinin üzvü kimi öhdəliklərini yerinə yetirmədiyini” demişdi. Rusiyanın rəhbərlik etdiyi bu bloka Belarus, Ermənistan və Qırğızıstan daxildir.

Lukashenka deyirdi ki, Rusiya blokdakı tərəfdaşları ilə ədalətsiz rəqabət aparır, Belarus qurumun bütün üzvləri üçün “bərabər rəqabət şərtləri” yaradılmasından ötrü əlindən gələni edəcək.