Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti «ARMY-2018» Beynəlxalq hərbi-texniki sərgisinə qatılıb.
Nazirliyin məlumatına görə, «ARMY-2018» hərbi-texniki sərgisi Rusiyada təşkil olunub. Tədbir çərçivəsində həmçinin, «Milli təhlükəsizlik həftəsi» konfransı da keçirilir.
Müdafiə Nazirliyi tədbirdə nümayəndə heyəti ilə təmsil olunur. Heyətə nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Fuad Məmmədov rəhbərlik edir.
Tədbirlər avqustun 26-dək davam edəcək.
«ARMY-2018» avqustun 21-də başlayıb.
Azərbaycan son illər Rusiyadan böyük həcmdə hərbi texnika və silahlar alıb.