Avqustun 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənir.
Şimal-şərq küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı ehtimal edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 18-23, gündüz 25-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacağı təxmin edilir.
Azərbaycanın rayonlarında da avqustun 22-də havanın, əsasən, yağmursuz keçəcəyi, lakin axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Gecə 17-22, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti təxmin edilir.