Taliban yaraqlıları Əfqanıstanın Fəryab əyalətinin rayon mərkəzini ələ keçiriblər.
Bu barədə AzadlıqRadiosu avqustun 18-də yerli rəsmilərə istinadla xəbər verir.
Qeyd edək ki, talibançılar bir neçə gün əvvəl əyalətdəki hərbi bazanı tutmuşdular.
Əyalətin qubernatoru Naqibullah Fayeq-in sözlərinə görə, Əfqanıstan əsgərlərinə kömək gəlmədiyinə görə, yaraqlılar Balxaraq rayonunu ələ keçiriblər. Hələlik itkilər barədə məlumat verilmir.
Qeyd edək ki, bu avqustun 19-da-Əfqanıstanın öz müstəqilliyinin 90-cı ildönümünü qeyd etməsi fonunda baş verir.
Müstəqillik günü münasibətilə paytaxt Kabildə keçirilən mərasimdə prezidenr Ashraf Ghani və digər ölkə rəsmiləri iştirak ediblər.
Taliban lideri Mullah Haibatullah Akhundzada avqustun 18-də bir daha Birləşmiş Ştatları “xarici işğala” son qoyulması ilə bağlı birbaşa danışıqlara çağırıb.