Bakıda külək, bəzi rayonlarda leysan gözlənir

Foto arxiv

Avqustun 20-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Arabir güclənən şimal-qərb küləyinin günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin proqnozuna görə, gecə 21-24, gündüz 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə yağış gözlənir. Bəzi rayonlarda yağıntının leysana keçəcəyi ehtimalı var.

Gecə 18-25, gündüz 23-34, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti təxmin edilir.