2018-ci ilin iyulunda Rusiya hökumətinin əməkhaqlarına görə borcu 586 milyon rubl və ya 20,9 faiz artıb.
Bu barədə AzadlıqRadiosunun Rusiya xidməti avqustun 18-də Rusiyanın statistika idarəsinə istinadla məlumat verir.
Avqustun 1-dək isə Rusiya hökumətinin işçilərə ümumilikdə 3 milyard 389 milyon rubl borcu var.
Bunun 34,6 faizi 2016-cı ilə, 21,3 faizi 2017-ci ilə, 44,1 faizi isə bu ilə aiddir.
Bu məlumat kiçik sahibkarlığa yox, təşkilatlara aiddir.