Ukraynanın şərqində rusiyapərəst separatçılarla toqquşmalarda bir əsgər öldürülüb, üçü yaralanıb.
Müdafiə Nazirliyinin avqustun 15-də bildirməsinə görə, separatçılar son 24 saat ərzində atəşkəsi 46 dəfə pozublar, artilleriyadan, pulemyotlardan, qumbaraatanlardan, minaatanlardan atəş açıblar.
Separatçılarsa hökumət qüvvələrinin atəşkəsi eyni tip silahlarla 15 dəfə pozduğunu bildirir.
2014-cü ildə münaqişə başlanandan Ukraynanın şərqində 10 min 300-dən çox adam həlak olub.
Minsk sazişləri çərçivəsində bir neçə dəfə atəşkəs üzrə razılaşma əldə edilsə da, buna tamamilə əməl olunmayıb.