NASA Kosmik Agentliyi günəşi araşdırmaq üçün fəzaya xüsusi zond göndərib.
AzadlıqRadiosunda BBC və digər mənbələrə istinadla olan məlumata görə, raket avqustun 12-də Florida ştatındakı kosmodromdan buraxılıb.
Artıq 10 ildir ki, bu missiyaya hazırlıq görülürdü.
“Parket” zondu günəşin təxminən 6 milyon kilometrliyinə yaxınlaşacaq.
İndiyədək heç bir kosmik apparat günəşə bu qədər yaxınlaşmayıb.
Zond günəş küləyi və günəşin atmosferini öyrənəcək.
Aparat çox yüksək tempraturda-1000 dərəcəlik istidə işləməli olacaq və 7 il ərzində Günəş ətrafında 24 dəfə dövrə vuracaq.
Layihənin dəyəri 1,5 milyard dollardır.