İngiltərənin Mançester şəhərində atışmada 10 nəfər xəsarət alıb.
Bu barədə avqustun 12-də "The Guardian" qəzeti yazıb.
İnsident şəhərdə keçirilən karnavaldan sonra baş verib.
Hücum edən hadisə yerindən qaça bilib.
Karnavala gələnlər müxtəlif dərəcəli xəsarətlər alıblar, amma həyatları təhlükədə deyil.
Hücum karnaval bitdikdən sonra edildiyinə və camaat dağılışmağa başladığına görə, itkidən qaçmaq mümkün olub.
Hazırda hücum edənin kimliyi və hadisənin motivi araşdırılır.