Avqustun 10-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənir. Güclü şimal-qərb küləyinin əsəcəyi ehtimal edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 22-24, gündüz 25-28, Bakıda gecə 22-24, gündüz 25-27 dərəcə isti təxmin edilir.
Avqustun 10-da Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyinin gözləndiyi vurğulanır. Gecə 20-25, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti təxmin edilir.
Nazirlik xəbərdarlıq edib ki, avqustun 12-dək Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında da qeyri-sabit hava şəraitinin avqustun 12-dək davam edəcəyi, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın, sel keçəcəyi ehtimal olunur.