Qazaxıstanda bir məhbusun işgəncə nəticəsində ölümünə görə bir neçə nəfər yeddi ildən səkkiz ilədək həbsə məhkum edilib.
Şaxtinsk Şəhər Məhkəməsi avqustun 6-da çıxardığı qərarla təcridxana rəsmiləri Bauyrbek Shotaev və Vitaly Zaretsky-ni cinayətin təşkilində təqsirli bilib. Onların hərəsinə yeddi il həbs cəzası kəsilib.
Məhkəmə altı məhbusu isə Valery Chupin-i döyməkdə və elektroşokla işgəncə verməkdə təqsirli bilib. Onların Zaretsky-nin göstərişi ilə hərəkət etdiyi bildirilir. Onlar 7 ildən 8 ilədək həbs cəzasına məhkum olunublar.
Son illər Qazaxıstanda məhbuslar tez-tez həbsxana şəraitinə etiraz aksiyaları keçirilər. Onlar diqqət çəkmək üçün özlərini şikəst etməkdən belə çəkinməyiblər.