'Shaltai-Boltai' haker qrupunun lideri həbsdən buraxılıb

Vladimir Anikeyev məhkəmədə, arxiv fotosu

Rusiyada yüksək profilli hesablara haker hücumunun arxasında durduğu güman edilən qrupun lideri həbsdən buraxılıb. Baş nazir Dmitry Medvedev-in hesabı da həmin qrupun hücumuna məruz qalmışdı.

Shaltai-Boltai qrupunun rəhbəri Vladimir Anikeyev avqustun 3-də Moskvadakı Lefortovo təcridxanasından buraxılıb. Məlumatı onun vəkili Ruslan Koblev avqustun 6-da yayıb.

Anikeyev-in iki illik həbs müddəti noyabrda bitirdi. Onun vaxtından əvvəli buraxılması yeni qanun sayəsində mümkün olub. Həmin qanuna görə, həbs qətimkan tədbirinin bir günü həbsdə gün yarıma bərabərdir.

Anikeyev 2017-ci ilin iyulundan Lefortovoda saxlanır. O, məhkəməsi zamanı hakimiyyətlə əməkdaşlığa razılıq vermişdi.

Shaltai-Boltai-nın digər iki üzvü – Aleksandr Filinov və Konstantin Teplyakov 2017-ci ilin sentyabrında üç illik həbs cəzasına məhkum ediliblər.

Bu qrupun üzvlərinin 2016-cı ildə saxlanması barədə məlumat Rusiya mediasının bu haqda yazmasından sonra üzə çıxıb. O zaman Federal Təhlükəsizlik Xidmətinin (FSB) kibercinayətkarlıq bölümünün iki rəsmisinin vətənə xəyanət ittihamıyla saxlandığı bəlli olub.

Rusiya mediası yazırdı ki, rəsmilərin haker qrupuna bağlılığı var, yaxud onu nəzarətə almağa çalışıblar.