Səudiyyə Kanadadakı səfirini geri çağırıb

Samar Badawi

Səudiyyə Ərəbistanı Kanadadakı səfirini geri çağırıb. Ər-Riyaddakı Kanada səfiri isə persona non qrata elan olunub və 24 saat ərsində ölkədən çıxmalıdır.

Krallıq Kanadayla bütün yeni ticarət və investisiya tranzaksiyalarını da dondurub.

Səudiyyənin Xarici İşlər Nazirliyinin məlumatına görə, bu qərar “Kanadanın açıq-aşkar Səudiyyə Ərəbistanınln daxili işlərinə qarışmasına” cavab olaraq verilib. Belə ki, bu, beynəlxalq normalara ziddir, suverenlik prinsipini pozur.

Ötən həftə Kanadanın Xarici İşlər Nazirliyi qadın hüquqları uğrunda mübarizə aparan fəalların saxlanmasına görə Ər-Riyadı tənqid edib. Ottava onlara azadlıq tələb edib.

Saxlananlar arasında bloqqer Raif Badawi-nin bacısı Samar da var. Raif Badawi “Səudiyyə Ərəbistanı Liberalları” saytının yaradıcısıdır. O, daha öncə İslam dinini tənqid etdiyinə görə 10 illik həbsə məhkum edilib.

Badawi-nin həyat yoldaşı Kanadada siyasi sığınacaq alıb və Kanada vətəndaşı olub. Ottava Ər-Riyadı fəalın vətəndaşlığını ləğv etməyə, onu Kanadaya deportasiya etməyə çağırıb.