İsveçrədə təyyarə qəzasında 20 nəfər ölüb

Junkers Ju-52 təyyarəsiAlpda qəzaya düşüb.5 avqust-2018-ci il.

İsveçrədə-Alp dağlarında baş verən təyyarə qəzasında 20 nəfər ölüb.

Ikinci dünya müharibəsi dövrünə aid pərli “Junkers-52” təyyarəsi avqustun 4-ü axşam saatlarında radardan itib.

Bu barədə Reuters agentliyi yerli polisə istinadla xəbər verir.

Təyyarə JU-AİR şirkətinə məxsusdur.

Şirkət təyyarə ilə ekskursiyalar təşkil edirmiş.

Şirkət uçuşları müvəqqəti dayandırıb,qəzanın səbəbi araşdırılır.

Məlumatlara görə təyyarə təxminən 2500 metrlik yüksəklikdə dağa çırpılıb.

Xilasedicilər hadisə yerində iş aparırlar.