Əksər rayonlarda yağış gözlənir

Foto arxiv

Avqustun 6-da Bakı və Abşeron yarımadasında havanın yağmursuz olacağı, mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 25-27, gündüz 30-35 dərəcə isti təxmin edilir.

Azərbaycanın əksər rayonlarında isə yağış yağcağı ehtimal edilir. Gecə 17-25, gündüz 30-38, dağlarda gecə 13-18, gündüz 23-30 dərəcə isti təxmin edilir.