Avqustun 4-də cəbhəboyu zonada yeni inşa edilən hərbi hissənin açılışı olub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, açılışa müdafiə naziri Zakir Həsənov da qatılıb.
Hərbi hava qüvvələrindən ötrü inşa edilən hərbi hissəsinin açılışına qatılan nazir şəxsi heyətə yaradılan şəraitlə tanış olub.
Hərbi rəhbərliyin ərazidəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana və digər hərbi, inzibati obyektlərə baxış keçirdiyi bildirilir.
Müdafiə Nazirliyi rəhbərliyinin hərbi qulluqçularla birgə nahar etdiyi deyilir.
Xatırlatma
Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.