Daxili İşlər Nazirliyi (DİN) dünən, avqustun 2-də qeydə alınan cinayətlər barədə məlumat yayıb.
Həmin məlumatda bildirilir ki, gün ərzində 110 cinayət faktı qeydə alınıb.
Nazirlik bildirir ki, onların da 14-ü isti izlərlə açılıb.
Habelə, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açıldığı qeyd edilir. Məlumatda vurğulanır ki, axtarışda olduğuna görə ümumilikdə 17 nəfər saxlanıb. Onlardan 7 nəfərinin borclu olduğu bildirilir.
Nazirlik həmçinin bildirir ki, həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.
DİN-in avqustun 1-də yaydığı məlumatda isə qeyd edilirdi ki, ümumilikdə 137 cinayət qeydə alınıb. Axtarışda olduğuna görə 33 nəfər saxlanıb, onun 22 nəfəri isə sırf borcla bağlıdır.