Komitə 122 qanunsuz tikinti aşkar edib

Elektrik dirəyi

«Son 10 gün ərzində aparılmış monitorinqlər nəticəsində kommunikasiya xətlərinin mühafizə zolaqlarında 122 qanunsuz tikinti və qeyri-qanuni istifadə halı müəyyən edilib».

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin avqustun 2-də yaydığı məlumatda deyilir.

Ümumilikdə isə, yüksəkgərginlikli elektrik xətlərinin, avtomobil və dəmir yollarının mühafizə zolaqlarında yerləşən torpaqlarda 400-ə yaxın qeyri-qanuni tikintilərin inşası dayandırılıb. Artıq 20 hal barədə daxili işlər orqanlarına müraciətlər olunub.