21 nəfər terrorçuluqda təqsirli bilinib

Arxiv fotosu

Rusiyanın Başqırdıstan regionunda 21 nəfər terrorçuluqda təqsirli bilinib.

Təqsirləndirilənlərin yaxınlarının AzadlıqRadiosu-na bildirməsinə görə, onlar qadağan olunmuş Hizb ut-Tahrir qruplaşmasına üzvlükdə təqsirli bilinərək 5 ildən 24 ilədək həbsə məhkum ediliblər.

Təqsirlənidirilənlərin bəzilərinə hakimiyyəti ələ keçirməyi planlaşdırmaq ittihamı da irəli sürülüb.

Hizb ut-Tahrir Londonda mənzillənən qlobal təşkilatdır, niyyətinin bütün müsəlman ölkələrini islam xilafətində birləşdirmək olduğunu deyir.

Rusiya Ali Məhkəməsi 2003-cü ildə qruplaşmanı ekstremist sayıb, tərəfdarlarını “ekstremistlər” adlandırıb.

Hizb ut-Tahrir üzvləri isə təşkilatın dinc məqsədli olduğunu deyirlər.